Millimiz Çexiyaya MƏĞLUB OLDU - FOTO

Millimiz Çexiyaya MƏĞLUB OLDU - FOTO

Hazırda oxunan: Millimiz Çexiyaya MƏĞLUB OLDU - FOTO

215342

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu matçını keçirib. 

Bizim.Media xəbər verir ki, Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 0:2 hesabı ilə məğlub olub.

Qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksələn yığmamız İngiltərəyə rəqib olub. Sözügedən qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci görüşdə isə Hindistan yığmasından üstün olub - 16:0.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO