“Bilirdik ki, çətin oyun olacaq, belə də oldu” - "Malmö”nün baş məşqçisi

“Bilirdik ki, çətin oyun olacaq, belə də oldu” - "Malmö”nün baş məşqçisi

Hazırda oxunan: “Bilirdik ki, çətin oyun olacaq, belə də oldu” - "Malmö”nün baş məşqçisi

214473

“Bilirdik ki, çətin oyun olacaq. Həqiqətən də belə oldu. "Qarabağ" çox güclü, gözəl komandadır. Onların yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Malmö”nün baş məşqçisi Henrik Ridström UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün "Qarabağ"a 2:1 hesabla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

“Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, "Qarabağ"ı bir çox hallarda müdafiəyə oturmağa məcbur edirdik.

"Qarabağ" güclüdür. Oyun planını elə qurduq ki, əks-hücumları nəzarətdə saxlayaq. "Reyncers"lə oyundan razı deyildim. Bu gün daha məntiqli oynadıq”, - baş məşqçi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO