Lionel Messi "İnter Mayami"nin erkən qələbəsini şərh etdi - VİDEO

Lionel Messi "İnter Mayami"nin erkən qələbəsini şərh etdi - VİDEO

Hazırda oxunan: Lionel Messi "İnter Mayami"nin erkən qələbəsini şərh etdi - VİDEO

214312

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Columbus Crew" ilə səfər görüşündən sonra MLS-in müntəzəm çempionatında qazandığı erkən qələbədən danışıb. Görüş 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Messi sosial şəbəkədəki səhifəsində yazıb.

“Birinci məqsədə nail olundu. Biz komandamızla çox qürur duyuruq, birlikdə daha çox şeyə nail olmaq arzusu ilə irəliləməyə davam edirik!!!”, deyə o, qeyd edib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Bu müddət ərzində argentinalı klubda 34 matçda çıxış edib, 30 qol vurub və 17 məhsuldar ötürmə verib.

Daha əvvəl bildirilmişdi ki, bu, Messinin karyerasında 46-cı kubokdur. Ötən il 37 yaşlı argentinalı Amerika klubu ilə Liqa Kubokunu qazanıb.

"İnter Mayami" bundan sonra MLS Kuboku uğrunda mübarizə aparacaq. Burada isə 18 komanda iştirak edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO