“Qarabağ”ın legioneri “Malmö”yə qarşı oynamayacaq

“Qarabağ”ın legioneri “Malmö”yə qarşı oynamayacaq

Hazırda oxunan: “Qarabağ”ın legioneri “Malmö”yə qarşı oynamayacaq

214222

"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva Avropa Liqasının əsas mərhələsinin 2-ci turunun sabah Bakıda "Malmö"yə qarşı keçirəcəyi oyunu buraxacaq. 

Bizim.Media xəbər verir ki, 26 yaşlı futbolçu Misli Premyer Liqasının 8-ci turunun “Sabah”la görüşündə (3:2) zədələnib və 64-cü dəqiqədə əvəzlənib.

Onun İsveç klubu ilə matçda meydana çıxmayacağı dəqiqləşib.

Qeyd edək ki, "Qarabağ"da həmin cinahda oynayan digər futbolçusu Marko Vesoviç oynamayacaq. O da zədən sonra bərpa prosesini keçir.

"Qarabağ" - "Malmö" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna 20:45-də start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO