Azərbaycan idmançılarının reytinq CƏDVƏLİ - Hidayət birincidir

Azərbaycan idmançılarının reytinq CƏDVƏLİ - Hidayət birincidir

Hazırda oxunan: Azərbaycan idmançılarının reytinq CƏDVƏLİ - Hidayət birincidir

214157

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 590 xalla ilk pillədə yer alıb. 

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci, Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 470 xalla üçüncüdür. 

Qeyd edək ki, sıralamaya uyğun olaraq ilk “10-luq”da həmçinin kişi idman gimnastı Nikita Simonov (340 xal), cüdoçu Elcan Hacıyev (320 xal), atlet Anna Skidan (315 xal), digər cüdoçular Balabəy Ağayev (310 xal), Yaşar Nəcəfov (300 xal), Leyla Əliyeva (290 xal) və Zelim Tçkayev (280 xal) yer alıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO