Dünyanın ən bahalı futbolçusunun adı AÇIQLANDI

Dünyanın ən bahalı futbolçusunun adı AÇIQLANDI

Hazırda oxunan: Dünyanın ən bahalı futbolçusunun adı AÇIQLANDI

214113

"Mançester Siti"nin və Norveçin hücumçusu Erlinq Haland dünyanın ən bahalı futbolçusu olub.

Bizim.Media xəbər verir ki, oktyabrın 1-də Transfermarkt portalı İngiltərə Premyer Liqasının bəzi oyunçularının qiymət etiketlərini yeniləyib və 24 yaşlı futbolçunun dəyəri 180 milyon avrodan 200 milyon avroya yüksəlib.

Əvvəllər Haland reytinqin 1-ci pilləsini “Real”ın oyunçuları Vinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə bölüşürdü. Onların dəyəri hələlik 180 milyon avro olaraq qalır. 
 

Lakin bu, oktyabrın 11-də oyunçularının qiymət siyahılarını yeniləndikdə dəyişə bilər. Haland, eyni zamanda, 200 milyon avroya çatan ikinci oyunçu olub. 2018-ci ilin əvvəlində Mbappe bunu bacarmışdı. 


Qeyd edək ki, bu mövsüm Erlinq İngiltərə çempionatında 6 matçda 10 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO