Türkiyəli mütəxəssis Nuri Şahinin baş məşqçisi olduğu Dortmund “Borussiya”sı növbəti uğurunu qazanıb.
Bizim.Media xəbər verir ki, bundesliqanın 5-ci turunda “Borussiya” “Bohum”u qəbul edib.
21-ci dəqiqəyə qədər hesabda 0:2 geri olan Nurinin komandası əzmkarlıq göstərək yekunda 4:2 hesabı ilə qələbə qazanıb.
Dortmundluların qollarını Seru Qirassu (41, 75), Emre Can (62-pen.) və Nmeça (81) vurub.
Hazırda “Borussiya” 5 oyundan 10 xalla Bundesliqada 2-ci yeri tutur. Bundan başqa, türk mütəxəssisin komandası Çempionlar Liqasına da qələbə ilə başlayıb. Onlar ilk turda Belçikada “Brügge”yə 3:0 hesabı ilə qalib gəliblər. Onun Almaniya kubokunun ilkin mərhələsində də 1 qələbəsi var.
Qeyd edək ki, 36 yaşlı Nuri Şahin yeni mövsümdən “Borussiya”ya başçılıq edir. O, bu mövsüm bütün turnirlərdə 7 oyundan 5-də qələbə qazanıb, 1 heç-heçə edib və yalnız 1 matçda uduzub.
Dünənki oyundan sonra Türkiyənin bir çox aparıcı media qurumu “Borussiya”nın çıxışına toxunub, Nurinin yaxşı nəticələr göstərdiyini yazıb.
Bizim.Media