"Beşiktaş"ın sabiq baş məşqçisi Sergen Yalçın Almaniyada çalışa bilər.
Bizim.Media xəbər verir ki, "Şalke" türk mütəxəssisi komandanın "sükan"ı arxasına gətirmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
II Bundesliqa təmsilçisi 51 yaşlı məşqçinin xidmətində maraqlıdır. Klub rəhbərliyi qısa zamanda danışıqlara başlayacaq.
Qeyd edək ki, "Şalke" II Bundesliqada 6 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media