Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçus Sərhat Akın silahlı hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, hazırda idman şərhçisi olan keçmiş hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, efirdən sonra küçədə silahlı şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb. Ayağından güllələnən keçmiş futbolçu xəstəxanaya aparılıb. O, durumunun yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Sərhat Akın 2000-2005-ci illərdə “Fənərbaxça”da oynayıb. O, Türkiyə yığmasında 16 oyuna çıxıb və 3 qol vurub. "Fənərbaxça"da 3 çempionluq qazanan Akın İstanbul klubunda 154 oyun keçirib və 49 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media