"Tottenhem" - “Qarabağ” oyunu başladı - FOTO/VİDEO

"Tottenhem" - “Qarabağ” oyunu başladı - FOTO/VİDEO

Hazırda oxunan: "Tottenhem" - “Qarabağ” oyunu başladı - FOTO/VİDEO

213355

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxır. 
 

MÖVZU İLƏ BAĞLI:

"Tottenhem" - "Qarabağ" matçının heyətləri AÇIQLANDI


Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşır.

Qeyd edək ki, “Tottenhem” “Qarabağ”a tanış rəqibdir. 2015-ci ildə də bu komandalar iki dəfə qarşılaşıblar. Avroliqanın qrup mərhələsində keçirilən oyunların hər ikisi “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - Londonda 3:1, Bakıda 1:0.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.

Stadionda azərbaycanlı azarkeşlər də öz yerlərini alaraq, Ağdamlılara dəstək olublar.

23:35. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 0:0 (Birinci hissə)

London, “Tottenhem Hotspur” stadionu

Baş hakim: Villi Delajo, (Fransa)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO