Misli Premyer Liqasında oyunun yeri DƏYİŞDİRİLDİ

Misli Premyer Liqasında oyunun yeri DƏYİŞDİRİLDİ

Hazırda oxunan: Misli Premyer Liqasında oyunun yeri DƏYİŞDİRİLDİ

213151

Misli Premyer Liqasının 8-ci turunun "Araz-Naxçıvan" - "Səbail" matçının yeri dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Oyun Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Buna səbəb “Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti olub.

Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə matçın Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.

Qeyd edək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO