"Barselona" ter Ştegenə əvəzedici tapdı - FOTO

"Barselona" ter Ştegenə əvəzedici tapdı - FOTO

Hazırda oxunan: "Barselona" ter Ştegenə əvəzedici tapdı - FOTO

213090

"Barselona"nın idman direktoru Deko zədəli alman qapıçı Mark-Andre ter Ştegeni uzunmüddətli əvəzləmək üçün "Porto" klubunun və Portuqaliya millisinin qapıçısı Dioqo Koştanın Kataloniya komandasında olmasını istəyir .

Bizim.Media xəbər verir ki, Deko Koştanın meneceri Xorxe Mendeş ilə görüşüb.

Tərəflər arasında şəxsi razılıq əldə olunub və futbolçunun ən qısa müddətdə İspaniyaya gəlişi gözlənilir.

Xatırladaq ki, ter Ştegen İspaniya La Liqasının 6-cı turunda "Vilyarreal"la oyunda (5:1) sağ dizindən zədələnib. Klubun həkimlərinin verdiyi məlumata görə, təcrübəli qolkiperin təxmini sağalma müddəti yeddi aydan doqquz aya qədər ola bilər.

Qeyd edək ki, Dieqo Koşta bu mövsüm "Porto" forması ilə bütün turnirlərdə yeddi oyunda iştirak edib, çıxış etdiyi görüşlərdə qapısından altı qol buraxıb. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. "Transfermarkt" internet portalına görə futbolçunun təxmini dəyəri 45 milyon avrodur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO