“Bayer” futbolçusuna 150 milyon qiymət qoydu

“Bayer” futbolçusuna 150 milyon qiymət qoydu

Hazırda oxunan: “Bayer” futbolçusuna 150 milyon qiymət qoydu

213008

"Bayer"in futbolçusu Florian Virts mövsümün sonunda komandadan ayrıla bilər. 

Bizim.Media xəbər verir ki, "Real" alman yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Bayer" 21 yaşlı hücumameyilli futbolçunu satmağa hazırdır. Almaniya çempionu oyunçuya 150 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Bayer" Florian Virtsi 2020-ci ilin yanvar ayında "Köln"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO