AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, toplantıda Misli Premyer Liqasının VII turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.
“Turan Tovuz” - “Araz-Naxçıvan” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” 700 manat cərimə edilib. Qarşılaşmada meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz”a 800 manat cərimə kəsilib.
“Səbail” - “Sabah” oyununda meydan sahiblərinin 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimələnib. Matçda “Səbail” azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “dənizçilər”ə xəbərdarlıq edilib. Görüşdə “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə kluba 700 manat cərimə kəsilib.
“Sumqayıt” - “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimələnib.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:16 / 24.09.2024
AFFA klubları cərimələdi - MƏBLƏĞLƏR
Hazırda oxunan: AFFA klubları cərimələdi - MƏBLƏĞLƏR
Hazırda oxunan: AFFA klubları cərimələdi - MƏBLƏĞLƏR
212952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.