"Tottenhem"dən QƏLƏBƏ

"Tottenhem"dən QƏLƏBƏ

Hazırda oxunan: "Tottenhem"dən QƏLƏBƏ

212519

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Tottenhem" İngiltərə Premyer Liqasında 5-ci tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, London təmsilçisi doğma meydanında "Brentford”u qəbul edib. Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Tottenhem " - "Brentford" - 3:1

Qollar: Mbeumo, 1 (0:1), Solanke, 8 (1:1), Conson, 28 (2:1), Maddison, 85 (3:1)

Bu qələbədən sonra "Tottenhem" turnir cədvəlində 7 xalla 10-cu yerdədir. Turnirə 12 xalla Liverpul (5 oyun) başçılıq edir. 

Qeyd edək ki, "Qarabağ"ın "Tottenhem"lə oyunu sentyabrın 26-da Londonda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO