“Tottenhem”in braziliyalı futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Tottenhem”in braziliyalı futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

Hazırda oxunan: “Tottenhem”in braziliyalı futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

212011

UEFA Avropa Liqasının ilk turunda “Qarabağ”la qarşılaşacaq “Tottenhem”də zədəli futbolçuların sayı azalıb.

Bizim.Media
İngiltərə mətbuatına istinadən xəbər verir ki, londonlularda iki futbolçu sıraya dönüb.

Bunlar niderlandlı müdafiəçi Mikki van de Ven və hücumçu Dominik Solankedir. Hər iki futbolçu artıq baş məşqçi Ange Postekoqlunun sərəncamındadır.

Əvəzində malili yarımmüdafiəçi Yves Bissuma və braziliyalı hücumçu Rişarlison hələ də kollektivdən ayrı qalıb. Rişarlisonun ən yaxşı halda sentyabrın sonlarında komandaya qoşulması gözlənilir. Bu isə o deməkdir ki, ulduz futbolçu böyük ehtimalla “Qarabağ”la görüşü buraxacaq. Bissumanın durumu isə qeyri-müəyyənliyini qoruyur.

Qeyd edək ki, “Tottenhem”lə “Qarabağ” arasında oyun sentyabrın 26-da Londonda keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO