Azərbaycanın şahmat yığmaları bu gün Qazaxıstanla qarşılaşacaq

Azərbaycanın şahmat yığmaları bu gün Qazaxıstanla qarşılaşacaq

Hazırda oxunan: Azərbaycanın şahmat yığmaları bu gün Qazaxıstanla qarşılaşacaq

211980

Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Bizim.Media xəbər verir ki, hər iki komanda VII turda Qazaxıstanın müvafiq kollektivləri ilə üz-üzə gələcək.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığma (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı) 8 xalla 22-сi, Mixail Şereşevskinin başçılıq etdiyi ( Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova) qadın komandası isə 10 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO