İngiltərə millisinin üzvü “Everton”u tərk edə bilər

İngiltərə millisinin üzvü “Everton”u tərk edə bilər

Hazırda oxunan: İngiltərə millisinin üzvü “Everton”u tərk edə bilər

211791

İngiltərə millisinin qolkiperi Cordan Pikford "Everton"u tərk edə bilər.

Bizim.Media “The Mirror”a istinadən xəbər verir ki, qapıçının hazırkı durumu məşqçilər korpusunu razı salmır.

Onun idman forması yaxşılaşmasa, ehtiyat oyunçular skamyasına göndəriləcək. Bundan əlavə, "Everton" Pikforu transferə çıxarmağı da planlaşdırır.

30 yaşlı qapıçının “Everton”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Pikford karyerası ərzində “Sanderland”, “Darlinqton”, “Barton Albion”, “Karlayl Yunayted”, “Bradford Siti”, “Preston” klublarında oynadıqdan sonra 2017-ci ildə “Everton”a keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO