“Neftçi”-“Qarabağ” matçının yeri dəyişdirildi

“Neftçi”-“Qarabağ” matçının yeri dəyişdirildi

Hazırda oxunan: “Neftçi”-“Qarabağ” matçının yeri dəyişdirildi

211787

"Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Bizim.Media xəbər verir ki, “Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:

Misli Premyer Liqasının 7-ci turunun “Nefçi” - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” - “Neftçi” oyununun yeri dəyişdirilsin.

7-ci turun “Qarabağ” - “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da oynanılsın.

Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı əvvəlcədən açıqlandığı kimi saxlanılsın.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO