Qurban Qurbanov: “Bu il daha çox güc sərf etməli olacağıq”

Qurban Qurbanov: “Bu il daha çox güc sərf etməli olacağıq”

Hazırda oxunan: Qurban Qurbanov: “Bu il daha çox güc sərf etməli olacağıq”

211494

Xəbər verdiyimiz kimi "Qarabağ" Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzia milli komandadan gec gəlmişdi. Əsas komanda ilə məşq etməmişdi. Futbolçular çoxdandır ki, birlikdə hazırlaşmırdılar. Bu da hiss olunurdu. Xeyli qol epizodumuz var idi. İstifadə edə bilmədik. Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır. Çünki futbolçularımızın ustalıqları var. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib buna məcbur etdi. Futbolçularıma təşəkkür edirəm”, - baş məşqçi qeyd edib.

Qurban Qurbanov zədəli futbolçulardan da danışıb: “Rotasiyalar etməyə imkanımız olmur. Allah qoysa, hamı sağlam olar. Belə ciddi problem görmürəm. Bu il ola bilər ki, daha çox güc sərf etməli olacağıq. 

Ölkə çempionatında da komandalar daha ciddi müqavimət göstərirlər, ciddi məqsəd qoyublar qarşılarına. Ümumi baxsaq, Avropa Liqasında oyun sayları eynidir. Yorğunluq olacaq. Milli komandaların da oyunları var. Limitlə bağlı yerli oyunçuya ehtiyacımız çox olur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO