Ronaldo: “Mançester Yunayted” yenidən qurulmalıdır"

Ronaldo: “Mançester Yunayted” yenidən qurulmalıdır"

Hazırda oxunan: Ronaldo: “Mançester Yunayted” yenidən qurulmalıdır"

211083

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu  Kriştiano Ronaldo sabiq klubu "Mançester Yunayted" haqda danışıb.

Bizim.Media xəbər verir ki, 39 yaşlı hücumçu "qırmızı şeytanlar"ın yenidən qurulmasının lazım gəldiyini söyləyib: 

“Mənim fikrimcə, “Mançester Yunayted” yenidən qurulmalıdır. Məşqçi deyir ki, komanda ölkə çempionluğu və Çempionlar Liqasını qazanmaq üçün mübarizə apara bilməz. “Mançester Yunayted”in baş məşqçisi bunu deyə bilməz. O, düşünə bilər ki, “bizim belə potensialımız yoxdur, amma bunu deyə bilmərəm. Biz çalışacağıq. Biz cəhd etməliyik”.

Əgər Ten Haq Rud van Nistelroya qulaq assa, bəlkə vəziyyəti dəyişə bilər. Çünki o, klubu tanıyır. Bilik olmadan klubu yenidən qura bilməzsiniz".

Qeyd edək ki, Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə "Mançester Yunayted"də oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO