Qarabağ” reytinqdə “Qalatasaray” və “Mançester Yunayted”i qabaqladı

Qarabağ” reytinqdə “Qalatasaray” və “Mançester Yunayted”i qabaqladı

Hazırda oxunan: Qarabağ” reytinqdə “Qalatasaray” və “Mançester Yunayted”i qabaqladı

210967

Azərbaycanın “Qarabağ” klubu yenilənmiş dünya reytinq cədvəlində Türkiyənin “Qalatasaray”ı və İngiltərənin “Mançester Yunayted” komandalarını qabaqlayıb.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni siyahısında Azərbaycan çempionu 182,75 xalla 52-ci pillədə qərarlaşıb.

“Qalatasaray” (174,5) və “Mançester Yunayted” (169) müvafiq olaraq 57 və 63-cü pillələrdə qərarlaşıb.

Dünya klubları reytinqində ilk üçlükdə bu komandalar yer alıb:

“Real Madrid” (İspaniya, 403),

“Mançester Siti” (İngiltərə, 368),

“Bayer” (Almaniya, 353)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO