"Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım" - Lamiyə Vəliyeva

"Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım" - Lamiyə Vəliyeva

Hazırda oxunan: "Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım" - Lamiyə Vəliyeva

210762

“Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi".

Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda isə gümüş medal qazanıb.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO