“Fənərbağça” “Yuventus”un futbolçusunu TRANSFER ETDİ

“Fənərbağça” “Yuventus”un futbolçusunu TRANSFER ETDİ

Hazırda oxunan: “Fənərbağça” “Yuventus”un futbolçusunu TRANSFER ETDİ

210628

“Yuventus”in futbolçusu Filip Kostiç Türkiyədə oynayacaq. 

Bizim.Media “Akşam”a istinadən xəbər verir ki, Serbiya millisinin üzvü “Fənərbağça”ya keçir. 

Artıq tərəflər arasında danışıqların müsbət yekunlaşdığı bildirilir. Türkiyə klubu Kostiçi öncə icarəyə götürəcək, mövsümün sonunda isə transfer hüququna malik olacaq. 31 yaşlı futbolçunun "Yuventus"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

Qeyd edək ki, Kostiç karyerası ərzində "Qroningen", "Ştuttqart", "Hamburq", "Ayntraxt"(Frankfurt) komandalarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO