“Neftçi” ikinci oyunda da uduzdu

“Neftçi” ikinci oyunda da uduzdu

Hazırda oxunan: “Neftçi” ikinci oyunda da uduzdu

210505

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası I mərhələdə ikinci oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan Çempionlar yolunun II qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşıb. Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində qolu 53-cü dəqiqədə Şehriban Dülek vurub.

Qeyd edək ki, “Neftçi” qrupun ilk oyununda Avstriyanın “Sankt-Pölten” (0:5) klubuna məğlub olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO