"Liverpul"un sabiq kapitanı VƏFAT ETDİ

"Liverpul"un sabiq kapitanı VƏFAT ETDİ

Hazırda oxunan: "Liverpul"un sabiq kapitanı VƏFAT ETDİ

210426

"Liverpul"un və Şotlandiya millisinin sabiq müdafiəçisi Ron Yeyts 86 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə Mersisayd klubunun saytı məlumat yayıb.

Ömrünün son illərində "Liverpul"un keçmiş kapitanı Alzheimer xəstəliyindən əziyyət çəkirdi.

Yeyts 1961-1971-ci illərdə "Liverpul"da çıxış edib. O, Mersisayd təmsilçisi ilə iki dəfə İngiltərə çempionu olub, ölkə kubokunu qazanıb, üç dəfə İngiltərə Superkubokunun qalibi olub.
Yeyts "Liverpul"un heyətində ümumilikdə 454 oyun keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO