“Xəzri”nin yeni mövsüm üçün heyəti müəyyənləşib

“Xəzri”nin yeni mövsüm üçün heyəti müəyyənləşib

Hazırda oxunan: “Xəzri”nin yeni mövsüm üçün heyəti müəyyənləşib

209711

Azərbaycan Basketbol Liqasaının ötən mövsümünün gümüş mükafatçısı “Xəzri” yeni mövsümə fərqli heyətlə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, əksər basketbolçular ilə yollarını ayıran paytaxt təmsilçisi onları yeniləri ilə əvəzləyib. 

Ötənilki heyətdə olan legionerlərdən yalnız Cordan Perkins (ABŞ) komandanın uğurları üçün tər tökəcək. Klub daha 4 amerikalı ilə anlaşıb. 
 

Bunlar DeŞon Ueyd, Devon Cenkins, Cermeyn Marrov və Tremer Broundur. Bundan başqa, Luka Petrovski (Şimali Makedoniya), Dmitro Zuharlov (Ukrayna), Ehsan Şabani (İran) və Papuna Kirtadze (Gürcüstan) yeni simalardır. “Xəzri”nin ötən il heyətində olan yerli oyunçuları Rəsul Məmmədzadə və Cəfər Abbasova Nəzər Quliyev də qoşulub. 


Daha bir yenilik isə komandanın köməkçi məşqçi postu ilə bağlıdır. Burada Davide Tsitsivadzeni Güray Yıldız əvəzləyib. Qeyd edək ki, komanda ilə yeni müqavilə imzalayan Türkiyəli mütəxəssis Murat Dikmen 2024-25 mövsümündə də “Xəzri”nin baş məşçisi olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO