“Qalatasaray” Osimhenlə ANLAŞDI

“Qalatasaray” Osimhenlə ANLAŞDI

Hazırda oxunan: “Qalatasaray” Osimhenlə ANLAŞDI

209710

"Qalatasaray" Viktor Osimhenlə razılığa gəlib. 

Bizim.Media xəbər verir ki, nigeriyalı forvard mövsümün sonunda kimi icarəyə götürüləcək.
 

"Napoli"nin heyətindən uzaqlaşdırılan Viktor Avropada transfer pəncərəsi bağlanması üzündən klubsuz qalmaq təhlükəsi ilə üzləşib. Nəticədə Osimhen Türkiyədə oynamağa razılıq verib.


Razılaşmaya əsasən "Qalatasaray" hücumçunun illik 11 milyon avroluq maaşını ödəyəcək.

Qeyd edək ki, PSJ-yə keçmək istəyən Osimhen arzusu klubların anlaşmaması üzündən reallaşmayıb. Neapollular onu "Çelsi"yə satmağı təklif etsə də, nigeriyalı Londona getməkdən imtina edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO