“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı AÇIQLANDI

Hazırda oxunan: “Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı AÇIQLANDI

209323

UEFA Avropa Liqasında Liqa mərhələsinin təqvimi açıqlanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək "Qarabağ"ın oyunlarının vaxtı da bəlli olub.

Qurban Qurbanovun komandası mərhələyə “Tottenhem”lə Londondakı oyunla start verəcək. Mərhələnin son görüşü Pireydə “Olimpiakos”a qarşı keçiriləcək.

26 sentyabr 2024-cü il

23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ”

3 oktyabr 2024-cü il

20:45. “Qarabağ” – “Malmö” (İsveç)

24 oktyabr 2024-cü il

20:45. “Qarabağ” – “Ayaks” (Niderland)

7 noyabr 2024-cü il

21:45. “Bodo Qlimt” (Norveç) – “Qarabağ”

28 noyabr 2024-cü il

21:45. “Qarabağ” - “Lion” (Fransa)

12 dekabr 2024-cü il

00:00. “Elfsborq” (İsveç) – “Qarabağ”

23 yanvar 2025-ci il

21:45. “Qarabağ” – FCSB (Rumıniya)

30 yanvar 2025-ci il

00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ”

Qeyd edək ki, bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala adlayacaq, 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO