“Ayaks” İngiltərə klubunun hücumçusunu transfer etdi

“Ayaks” İngiltərə klubunun hücumçusunu transfer etdi

Hazırda oxunan: “Ayaks” İngiltərə klubunun hücumçusunu transfer etdi

209188

Niderlandın “Ayaks” klubu İngiltərə təmsilçisi “Bernli”dən Vaut Veqhorstu transfer edib. 

Bizim.Media xəbər verir ki, futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb. 

32 yaşlı niderlandlı hücumçu yeni klubunda 25 nömrəli formanı geyinəcək. Ötən mövsüm Almaniyanın “Hoffenhaym” klubunda icarə əsasında çıxış etmiş forvard bütün yarışlarda 30 matçda iştirak edib, 7 qol vurub, 4 məhsuldar ötürmə edib. Veqhorst bu mövsüm İngiltərə çempionatında cəmi iki oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO