"Mərhələ adlamağa layiq idik" - "Omoniya"nın baş məşqçisi

"Mərhələ adlamağa layiq idik" - "Omoniya"nın baş məşqçisi

Hazırda oxunan: "Mərhələ adlamağa layiq idik" - "Omoniya"nın baş məşqçisi

209023

"Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Amma ümumi götürdükdə liqa mərhələsinə vəsiqə qazandıq. Buna görə isə "Omoniya" cameəsini təbrik edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-off mərhələsində "Zirə" ilə cavab oyunundan (0:1, ilk oyun - 6:0) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis ümumi hesabda qalib gələrək (6:1) liqa mərhələsinə vəsiqə qazanmaqlarını belə şərh edib:

"Qarşıya qoyulan hədəfə çatdıq. İlk hissədə oyun sönük keçdi. Bəlkə də bu, meydançanın durumu ilə bağlı idi. Ümumilikdə təsnifat mərhələsində 5 qələbə qazandlq. Bu, əla nəticədir. Əvvəldən kimsə bunu mənə desəydi, inanmazdım".

Litvalı mütəxəssis ilk matçdakı qələbədən sonra 2-ci görüşə köklənməyin çətinliyini qeyd edib:

"İlk dəfədir karyeramda 6:0 hesablı qələbə qazanmışdım. Bu nəticədən sonra 2-ci matça köklənmək çətin oldu. İlk hissədə bəzi epizodlarımız var idi. Amma onları dəyərləndirə bilmədik. Bunu meydan amili ilə əlaqələndirmək olar. Bəlkə də öz meydançamız olsaydı, həmin şanslardan yararlanardıq".

Dambrauskas ilk matçda böyükhesablı qələbə qazanmalarının səbəbini belə izah edib:

"Oyunçularımız həmin matçda möhtəşəm oynadılar. Verilən tapşırıqlarları tam icra etdilər. Eləcə də azarkeşlərimizi qeyd etməliyəm. Onlar stadionda gözəl atmosfer yaratmışdıar. Bu, bir tərəfdən bizə dəstək idi, digər tərəfdən rəqibi təzyiqdə saxladı. Bütün bunlar 6:0-lıq nəticəyə gətirib çıxardı. 2 oyuna görə baxsaq, biz mərhələ adlamağa layiq idik".

"Necə düşünürsünüz, ilk oyun Bakıda keçirilsəydi, eyni nəticə qeydə alına bilərdi?" sualını "Omoniya"nın baş məşqçisi belə cavablandırıb: "Mən Allah deyiləm. Belə olsaydı, necə olardı kimi ssenarilərdən danışa bilmərəm. Əsas odur ki, bu, baş verdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO