“Napoli” “Mançester Yunayted”in futbolçusu ilə ANLAŞDI

“Napoli” “Mançester Yunayted”in futbolçusu ilə ANLAŞDI

Hazırda oxunan: “Napoli” “Mançester Yunayted”in futbolçusu ilə ANLAŞDI

208870

"Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktominey karyerasını İtaliya davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, şotlandiyalı futbolçu "Napoli"yə keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya klubu 27 yaşlı orta xətt oyunçusu üçün Premyer Liqa nəhənginə 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Skott Maktominey "Mançester Yunayted"in yetirməsidir. Şotlandiya millisinin üzvü "qırmızı şeytanlar"ın əsas komandasının heyətində meydana çıxdığı 255 rəsmi matçda 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO