“Qarabağ” Macarıstan klubunun təklifini qəbul etmədi

“Qarabağ” Macarıstan klubunun təklifini qəbul etmədi

Hazırda oxunan: “Qarabağ” Macarıstan klubunun təklifini qəbul etmədi

208528

“Qarabağ”ın futbolçularına Avropa klublarının diqqət göstərməsi barədə dəfələrlə məlumat vermişik.

Bizim.Media xəbər verir ki, həmin oyunçulardan biri braziliyalı Julio Romaodur. Dayaq yarımmüdafiəçisinə ən real təklif Macarıstanın “Ferentsvaroş” klubundan gəlib.

Macarıstan təmsilçisi bir neçə gün əvvəl yeni təkliflə “Qarabağ”a müraciət edib. Qarşı tərəf yaxşı məğbləğ təklif etsə də, Ağdam klubu Romaonun satmaq istəmədiyini qətiyyətlə bildirərək təklifi qəbul etməyib.

Qeyd edək ki, 2022-ci ildən “Qarabağ”da oynayan Julio Romaonun klubla 2026-cı ilə qədər müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO