Azərbaycan Premyer Liqasında bu gün IV tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün IV tura yekun vurulacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu gün IV tura yekun vurulacaq

208260

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

“Sabah” klubu Masazırda “Sumqayıt”ı qəbul edəcək. Elçin Məsiyevin idarə edəcəyi görüşə saat 18:15-də start veriləcək.

“Şamaxı” isə səfərdə “Zirə” klubunun qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda, Kamal Umudlunun baş hakim olacağı oyun saat 20:30-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”i 4:0, “Turan Tovuz” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” - “Neftçi” görüşündə heç-heçə qeydə alınıb - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO