Azərbaycanın güləş millisi dünya üçüncüsü olub

Azərbaycanın güləş millisi dünya üçüncüsü olub

Hazırda oxunan: Azərbaycanın güləş millisi dünya üçüncüsü olub

207768

İordaniyanın Əmman şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Bizim.Media xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən milli komandamız 3 medal qazanıb.
 

Turan Daşdəmirov (51 kiloqram) və Ayxan Cavadov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kiloqram) isə bürünc mükafat əldə edib.


Yekunda 105 xal toplayan Azərbaycan yığması komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO