Lionel Messi yaşıl meydanlara dönür - Uzun fasilədən sonra

Lionel Messi yaşıl meydanlara dönür - Uzun fasilədən sonra

Hazırda oxunan: Lionel Messi yaşıl meydanlara dönür - Uzun fasilədən sonra

207635

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi sentyabr ayında yaşıl meydanlara qayıdacaq.

Bizim.Media xəbər verir ki, topuğundakı zədəsini sağaldan 37 yaşlı forvard tezliklə komanda ilə məşqlərə start verəcək.

O, MLS ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) çempionatında, sentyabrın 14-də "Filadelfiya Yunion"la qarşılaşmada meydana çıxa biləcək. Bundan əlavə, Messinin gözləniləndən əvvəl, sentyabrın 1-də "Çikaqo" ilə görüşdə iştirakı da ehtimal olunur.

Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO