Ronaldo Corcinadan ayrılsa, sərvət ödəyəcək

Ronaldo Corcinadan ayrılsa, sərvət ödəyəcək

Hazırda oxunan: Ronaldo Corcinadan ayrılsa, sərvət ödəyəcək

207630

Ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezdən ayrılarsa, ona sərvət ödəməli olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Portuqaliyanın “TV GUIA” jurnalı məlumat yayıb.
İddia olunur ki, Ronaldo ilə onun beş uşağından ikisinin anası Corcina arasında müqavilə var.

Belə ki, əgər cütlük ayrılarsa, Ronaldo ona ömürlük olaraq ayda 100 min avro (189 046 manat) ödəməli olacaq.

Bu şərtin 2017-ci ilin noyabrında qızları Alana Martinanın doğulmasından sonra qüvvəyə mindiyi bildirilir.

Anlaşmaya əsasən, Ronaldo təkcə həyat yoldaşına pul ödəməyəcək. Corcinanın 2010-cu ildə Ronaldonun Madriddə aldığı evinə də sahibi olacağı iddia edilir.

Futbolçunun Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından biri olan və ona 173 milyon funt sterlinq qazandıran “Əl-Nəsr”lə qazanclı müqaviləsi ilə yanaşı, kassasını müxtəlif sponsorluq müqavilələri ilə doldurduğu deyilir.

Qeyd edək ki, Ronaldonun sərvətinin 600 milyon dollara yaxın olduğu təxmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO