Azərbaycanlı futbolçu Renat Dadaşovun klubunda debüt etdi

Azərbaycanlı futbolçu Renat Dadaşovun klubunda debüt etdi

Hazırda oxunan: Azərbaycanlı futbolçu Renat Dadaşovun klubunda debüt etdi

207213

Türkiyə 1-ci Liqasında 2-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Ərzurumspor"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 71-ci dəqiqədə meydana daxil olub. Bu Matçda "Ankaragücü"nün heyətində daha bir azərbaycanlı futbolçu iştirak edib. Həsən Nəzərov 84-cü dəqiqədə oyuna girib. 17 yaşlı yarımmüdafiəçi "Ankaragücü"nün yetirməsidir. Gənc futbolçu Azərbaycanın U-17 milli komandasının üzvüdür.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO