"Zirə" Konfrans Liqasının pley-offuna yüksəldi - VİDEO

"Zirə" Konfrans Liqasının pley-offuna yüksəldi - VİDEO

Hazırda oxunan: "Zirə" Konfrans Liqasının pley-offuna yüksəldi - VİDEO

206871

Bu gün Azərbaycan təmsilçisi "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, paytaxt klubu evdə "Osiyek"i (Xorvatiya) qəbul edib. "Dalğa Arena"da keçiriləcək görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Əlavə vaxtda qol vurulmadığından matçın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq olan "Zirə" (2:1) tarixində ilk dəfə Konfrans Liqasında pley-offa yüksəlib. "Zirə"nin qapıçısı Tiaqo Silva 4 penaltini dəf etməklə matçın qəhrəmanı olub.

"Zirə" pley-offda "Omoniya" (Kipr) ilə üz-üzə gələcək.

15 avqust, cavab oyunu

20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 2:2 (Penaltilər seriyası - 2:1)

Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2), Davot Volkov, 90 (2:2)

Hakimlər: Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)
"Dalğa Arena"

İlk oyun - 1:1






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO