“Araz Naxçıvan”ın Çempionlar Liqası üçün heyəti BƏLLİ OLDU

“Araz Naxçıvan”ın Çempionlar Liqası üçün heyəti BƏLLİ OLDU

Hazırda oxunan: “Araz Naxçıvan”ın Çempionlar Liqası üçün heyəti BƏLLİ OLDU

206820

UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” heyətlə bağlı yekun siyahını UEFA-ya göndərib. 

Bizim.Media xəbər verir ki, 15 nəfərlik siyahıda 3 qapıçı yer alıb.

Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov

Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Marko Prşiç, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavljeviç, Kadinho, Yaniç Aleksandar, Giovanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique

Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.

Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO