Konfrans Liqası: "Sabah" və "Zirə" bu gün cavab görüşlərinə çıxacaq

Konfrans Liqası: "Sabah" və "Zirə" bu gün cavab görüşlərinə çıxacaq

Hazırda oxunan: Konfrans Liqası: "Sabah" və "Zirə" bu gün cavab görüşlərinə çıxacaq

206722

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab görüşlərində "Sabah" İrlandiyanın "Patriks" klubunu, "Zirə" isə Xorvatiya "Osiyek"ini qəbul edəcək.

Bizim.Media xəbər verir ki, İrlandiyada keçirilən görüşdə minimal hesabla məğlub olan "Sabah" (0:1) bu gün doğma meydanda azarkeşlərini sevindirməyə çalışacaq. 

"Zirə" də son dəqiqədə Rafael Usikin penaltidən vurduğu qolla məğlubiyyətdən xilas olaraq növbəti mərhələyə yüksəlmə şansını bərabərləşdirdiyindən meydana qələbə əzmi ilə çıxacaq.

Qeyd edək ki, "Sabah" "Patrik"lə "Bank Respublika Arena"da saat 20:00-da, "Zirə" isə "Osiyek"lə "Dalğa Arena"da saat 20:30-da üz-üzə gələcək.

15 avqust

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

"Sabah" - "Patriks" (İrlandiya)

Saat 20:00, "Bank Respublika Arena"

"Zirə" - "Osiyek" (Xorvatiya)

Saat 20:30, "Dalğa Arena".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO