“Ludoqorets”in baş məşqçisi: “Qarabağ” bizi ağır məğlubiyyətə uğratdı

“Ludoqorets”in baş məşqçisi: “Qarabağ” bizi ağır məğlubiyyətə uğratdı

Hazırda oxunan: “Ludoqorets”in baş məşqçisi: “Qarabağ” bizi ağır məğlubiyyətə uğratdı

206564

“Qarabağ” əlavə vaxtda 4 cavabsız qol vuraraq bizi ağır məğlubiyyətə uğratdı”.

Bizim.Media xəbər verir ki, bunu “Ludoqorets”in baş məşqçisi Georgi Dermençiev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a 2:7 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Çalışdırıcı matç ərzində çoxlu səhv etdiklərini bildirib: “Ağır məğlubiyyət oldu, çoxlu səhvlər etdik və problem də bu idi. Səhvlərimizdən sonra erkən qol buraxdıq. Belə bir matçı təhlil etmək çətindir. Sonda artıq çox ciddi riskə getdik və buna görə də rəqib 4 qol vurdu. Hər hissənin əvvəlində və sonunda qol buraxmağımız üçün xüsusi səbəb yoxdur. Amma ola bilsin ki, konsentrasiyaya ehtiyac var idi. Biz 90 dəqiqədən sonra yaxşı oynamadıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO