Yeni mövsümdən Azərbaycan I Liqasında çıxış edəcək “Bakı Sportinq” heyətini iki legionerlə gücləndirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Luka Stevanoviçlə 1 illik müqavilə imzalanıb.
26 yaşlı sebiyalı yarımmüdafiəçi sonuncu dəfə Serbiyanın “Hayduk 1912” klubunda çıxış edib.
“Bakı Sportinq” Uroş Jemoviçi də transfer edib. 23 yaşlı serbiyalı hücumçu ilə imzalanan müqavilənin də müddəti 1 illikdir. Jemoviçin son klubu Serbiyanın “Dunav Prohovo” klubu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media