“Neftçi”nin azarkeşlərlə mübahisə edən futbolçusu üzr istədi - VİDEO

“Neftçi”nin azarkeşlərlə mübahisə edən futbolçusu üzr istədi - VİDEO

Hazırda oxunan: “Neftçi”nin azarkeşlərlə mübahisə edən futbolçusu üzr istədi - VİDEO

206322

“Neftçi” Futbol Mərkəzində “Forza Neftçi” azarkeş qrupunun fəal üzvləri, klub nümayəndələri – baş icraçı direktor Cenk Sümer, media üzrə koordinator Rüstəm Əfsərli və futbolçu Ervin Koffinin iştirakı ilə görüş keçirilib. 

Klubdan Bizim.Media-ya verilən məlumata görə, görüşdə “Səbail”lə son qarşılaşmadan sonra baş verənlər müzakirə edilib. 
 

Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib, matçda sonra yorğunluq və nəticədən irəli gələn stressin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib. 


Azarkeşlər bunu anlayışla qarşılayaraq, futbolçunun üzrxahlığını qəbul edib, o cümlədən, tribunadan Koffiyə tərəf yad əşya atanın “Forza Neftçi” azarkeş qrupunun üzvlərindən biri olmadığını dilə gətirib. 

Klub oyundan dərhal sonra baş verənlərlə bağlı araşdırma apardığını bildirərək, daxili intizam qaydaları əsasında futbolçu haqqında ölçü götürüldüyünü açıqlayıb. 

Hər iki tərəf buna bənzər hadisələrin gələcəkdə bir daha yaşanmayacağından əminliyi bildirib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO