Fransalı idmançı qız Olimpiadada sevgilisinə evlilik təklifi etdi - VİDEO

Fransalı idmançı qız Olimpiadada sevgilisinə evlilik təklifi etdi - VİDEO

Hazırda oxunan: Fransalı idmançı qız Olimpiadada sevgilisinə evlilik təklifi etdi - VİDEO

206248

Fransız idmançı Elis Fino 2024-cü il Olimpiadasındakı çıxışından dərhal sonra sevgilisinə evlilik təklifi edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Le Figaro" nəşri yazıb.

Mənbə qeyd edir ki, idmançı 3000 metr məsafəyə maneəli qaçışda dördüncü yeri tutub.

Fino məsafəni 8 dəqiqə 58,67 saniyəyə qət edərək, yeni Avropa rekordu qırıb. Finiş başa çatdıqdan sonra fransalı qız məşqçiləri və sevdikləri ilə birgə sevgilisinə yaxınlaşıb. 

O, diz çökərək oğlana evlilik təklifi edib. İdmançının sevgilisi onunla razılaşıb, bundan sonra tribunalarda toplaşan azarkeşlərin alqışları altında qucaqlaşıblar. 

Xatırladaq ki, 2024-cü il Olimpiadasında qazaxıstanlı atıcı Konstantin Malinovski də evlilik təklifi etmişdi. O, millidəki həmkarı Arina Altuxova ilə nişanlanıb. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO