Aleksis Sançes sabiq klubuna qayıtdı

Aleksis Sançes sabiq klubuna qayıtdı

Hazırda oxunan: Aleksis Sançes sabiq klubuna qayıtdı

206065

"İnter"dən ayrılan Aleksis Sançesin yeni klubu məlum olub.

Bizim.Media xəbər verir ki, çilili vinger sabiq klubu "Udineze"yə qayıdıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu A Seriyası təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Aleksis Sançes 2006-2011-ci illərdə "Udineze"də çıxıç edib. Təcrübəli oyunçu həmin vaxt komandanın heyətində keçirdiyi 112 rəsmi matçda 21 qol və 20 məhsuldar ötürmə ilə yuadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO