“Şamaxı” növbəti transferə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Leroy Mikelsi Azərbaycana gətirib. Konqo əsilli almaniyalı sol cinah hücumçusu bu gün Bakıya gəlib.
Oyunçu tibbi müayinədən keçdikdən sonra transferi rəsmən açıqlanacaq. Almaniyanın aşağı liqa klublarında, Bolqarıstanda Varna “Spartak”ında oynamış Mikels on mövsümü Səudiyyə Ərəbistanı təmslçisi “Əl Taraji”də keçirib. 29 yaşlı hücumçu “Şamaxı”ya azad agent kimi keçir. Leroy “Sabah”ın hücumçusu Coy-Lens Mikelsin qardaşıdır. O da son mövsümü Səudiyyə Ərəbistanının digər klubu “Əl Faysal”da keçirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:50 / 09.08.2024
“Şamaxı” “Sabah”ın legionerinin qardaşını transfer edir
Hazırda oxunan: “Şamaxı” “Sabah”ın legionerinin qardaşını transfer edir
Hazırda oxunan: “Şamaxı” “Sabah”ın legionerinin qardaşını transfer edir
205893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.