Zöhrə Ağamirova üçün də Olimpiada başa çatdı

Zöhrə Ağamirova üçün də Olimpiada başa çatdı

Hazırda oxunan: Zöhrə Ağamirova üçün də Olimpiada başa çatdı

205744

Fransada keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.

Bizim.Media xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsini başa vurub.
 

Azərbaycan gimnastı Zöhrə Ağamirova 4 hərəkətin yekununda 117,850 xal toplayıb. Onun topla çıxışı 30,200, halqa ilə 32,500, lentlə 28,400 və gürzlərlə 26,750 xalla qiymətləndirilib. Ağamirova bu göstərici ilə yarışı 19-cu pillədə başa vurub.


Dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnastlar sabahkı finala vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO