Paris-2024: Sərbəst güləşçimiz 1/4 finalda məğlub oldu

Paris-2024: Sərbəst güləşçimiz 1/4 finalda məğlub oldu

Hazırda oxunan: Paris-2024: Sərbəst güləşçimiz 1/4 finalda məğlub oldu

205688

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.

Nurmaqomedov rəqibinə 14:16 hesabı ilə məğlub olub. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO