“Ludaqorets”in baş məşqçisi: Hər şey Bolqarıstanda həll olunacaq

“Ludaqorets”in baş məşqçisi: Hər şey Bolqarıstanda həll olunacaq

Hazırda oxunan: “Ludaqorets”in baş məşqçisi: Hər şey Bolqarıstanda həll olunacaq

205430

“Hər şey Bolqarıstanda həll olunacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludaqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Qarabağ”ı (2:1) məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, hər iki topu “Qarabağ”ın boşluq yaratdığı zonalardan vurulduğunu bildirib:

“Rəqib hücumda daha çox olurdu. Buna görə də boşluqlar yaratdılar. Futbolçularım da bundan yaxşı istifadə etməyi bacardılar”.

Mütəxəssis cavab matçında iki futbolçularının olmamasının komandaya mənfi təsir edəcəyini söyləyib:

“Təəssüf ki, iki oyunçumuzu itirdik. Amma biz ruhdan düşmürük. Onları əvəzləyəcək futbolçular var”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO